...

On minə yaxın abituriyent öz ərizələrində ixtisas kodunu təsdiqləməyib - TQDK

Cəmiyyət Materials 30 İyul 2010 12:52 (UTC +04:00)
Bu günədək on minə yaxın abituriyent öz elektron ərizələrində ixtisas kodunu təsdiqləməyib. Bu barədə cümə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.
On minə yaxın abituriyent öz ərizələrində ixtisas kodunu təsdiqləməyib - TQDK

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Z.Əhmədova/

Bu günədək on minə yaxın abituriyent öz elektron ərizələrində ixtisas kodunu təsdiqləməyib. Bu barədə cümə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib.

"İyulun 30-da saat 10:00-da  elektron ərizələrində ixtisas kodlarını 23 129 abituriyent təsdiqləyib", -Nağızadə bildirib. - "Hələ avqustun 2-dək vaxt var, ona görə də ümid edirik, abituriyentlərin hamısı təyin edilmiş vaxtda kodları təsdiqləyəcəklər".

Onun sözlərinə görə, bütün qruplar üzrə ixtisas seçiminə cəmi 33 mindən çox abituriyent buraxılıb.

İxtisas seçimi iyulun 25-də başlayıb və avqustun 2-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti