...

Azərbaycanda çalışan, təxminən, 27 mindən artıq dövlət qulluqçusunun 10%-i DSMF-də fəaliyyət göstərir (FOTO)

Cəmiyyət Materials 25 Avqust 2010 11:23 (UTC +04:00)
Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dövlət qulluğu məsələləri komissiyasının keçirdiyi sonuncu müsabiqədə uğur əldə edərək, Fonda işə qəbul olunan şəxslərlə görüş keçirilib.
Azərbaycanda çalışan, təxminən, 27 mindən artıq dövlət qulluqçusunun 10%-i DSMF-də fəaliyyət göstərir (FOTO)

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dövlət qulluğu məsələləri  komissiyasının keçirdiyi sonuncu müsabiqədə uğur əldə edərək, Fonda işə qəbul olunan şəxslərlə görüş keçirilib.

Görüşdə çıxış edən DSMF sədri Səlim Müslümov vurğulayıb ki, gündən-günə güclənən müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənməkdədir. "Bu gün Azərbaycanda çalışan, təxminən, 27 mindən artıq dövlət qulluqçusunun on faizi Fondda fəaliyyət göstərir", - DSMF sədri əlavə edib. Məlumatı Fondun İctimaiyyətlə əlaqə sektoru yayıb.

Müslümov nəzərə çatdırıb ki, sonuncu dəfə Dövlət qulluğu məsələləri komissiyasında Fond üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün 61 yer təklif edilib. Həmin vakant yerlər üzrə 188 nəfər müsabiqənin test mərhələsində iştirak edib. İştirakçıların 45 nəfəri test mərhələsini keçsə də, onlardan yalnız 20 nəfəri müsahibə mərhələsində uğur qazanıb.

"Biz qərara gəldik ki, hər iki mərhələni keçənlərin hamısı DSMF-də işlə təmin olunsun. Yəni baxmayaraq ki, bəzi 1 vakant yerə 3 nəfər qəbul olunub, onlar ehtiyata yox, öz arzuları ilə digər boş yerlərə işə götürülsünlər. Bununla da DSMF, ötən illərdə olduğu kimi, müsabiqənin test və müsahibə mərhələlərini müvəffəqiyyətlə keçərək, Fonda qəbul olunan şəxslərin hamısının işlə təmin olunması ənənəsinə sadiq qalıb", - Müslümov bildirib.

Xəbər lenti

Xəbər lenti