...

"Gəncə" futbol klubu AFFA-nın Apelyasiya Komitəsinə şikayət edib

Cəmiyyət Materials 1 Sentyabr 2010 15:38 (UTC +04:00)
"Gəncə" futbol klubu "Muğan" - "Gəncə" qarşılaşması zamanı hakimlər briqadasının və AFFA-nın intizam komitəsinin oyundan sonra klub barədə çıxardığı qərarlardan AFFA-nın Apelyasiya Komitəsinə şikayət edib.
"Gəncə" futbol klubu AFFA-nın Apelyasiya Komitəsinə şikayət edib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Əliyev/

"Gəncə" futbol klubu "Muğan" - "Gəncə" qarşılaşması zamanı hakimlər briqadasının və AFFA-nın intizam komitəsinin oyundan sonra klub barədə çıxardığı qərarlardan AFFA-nın Apelyasiya Komitəsinə şikayət edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Unibank Premyer Liqası XIX Azərbaycan Çempionatının IV turunda "Muğan" - "Gəncə" oyunu zamanı "Gəncə" klubunun 7 nömrəli yarımmüdafiəçisi Ramal Hüseynovun "Muğan" komandasının 26 nömrəli oyunçusu Ekrem Hodziç tərəfindən kobud şəkildə itələnməsi baş hakim tərəfindən qeydə alınmayıb, əksinə həmin anda yıxılarkən topun Hüseynovun əlinə dəyməsi cərimə zərbəsi kimi dəyərləndirilib. Klub rəhbərliyi bu qərarın qərəzli olmasını, bununla da oyunun hesabına təsir göstərdiyini bildirir.

Bundan başqa, "Gəncə" klubunun rəhbərliyi qarşılaşmanın sonunda "Muğan" komandasının 26 nömrəli oyunçusu Ekrem Hodziçin Gəncənin 14 nömrəli oyunçusu Rafael Əmirbəyovu əli ilə vurması, sonradan futbolçuları nalayiq söyüşlərlə təhqir etməsi və insanlığa yaraşmayan hərəkətlərə yol verməsinə baxmayaraq, AFFA-nın intizam komitəsinin 31 avqust tarixli qərarı ilə Rafael Əmirbəyovu dörd oyunluq cəzalandırmasını, klubun isə 4000 manat cərimə olunmasını da obyektivlikdən uzaq qərar kimi dəyərləndirir.

Xəbər lenti

Xəbər lenti