...

Bakı buxtasına kanalizasiya sularının axıdılmasının qarşısı alınsa, pis qoxudan əsər-əlamət qalmayacaq - nazir

Cəmiyyət Materials 16 Sentyabr 2010 13:35 (UTC +04:00)
Bakı buxtasına kanalizasiya sularının axıdılmasının dayandırılması onun çirklənməməsini həll edir. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib.
Bakı buxtasına kanalizasiya sularının axıdılmasının qarşısı alınsa, pis qoxudan əsər-əlamət qalmayacaq - nazir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/

Bakı buxtasına kanalizasiya sularının axıdılmasının dayandırılması onun çirklənməmə məsələsini həll edir. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib.

"Bakı buxtasına altı ay ərzində kanalizasiya suları axıdılmasa, pis qoxudan iz qalmayacaq; iki il ərzində isə onun suyu tamamilə şəffaf olacaq", - Bağırov deyib.

Onun sözlərinə görə, iki il ərzində Bakı buxtasını, Xəzərin yerdə qalan hissəsinə uyğun olaraq, tam təmizləmək mümkündür.

Nazir bildirib ki, Bakı buxtasının dibini təmizləməyə ehtiyac yoxdur. Çünki dənizin dibindəki böyük həcmdə çirk yuxarı qalxacaq və onda vəziyyət pisləşəcək.

Onun sözlərinə görə, 5-10 il ərzində dənizdəki təbii üzvi birləşmələr yığılan çirki neytrallaşdıracaq.

Bakı buxtasının təmizlənməsi 2006-2010-cu illərdə Azərbaycanda ətraf mühitin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planında nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti