Azərbaycan, Bakı, 18 sentyabr/Trend, müxbir S.Ağayeva/
"Bizi Azərbaycan gəncliyi, onun ölkəmizdə və ondan kənarda sülhün bərqərar olması və inkişafına sadiqliyi ruhlandırır", - Suzanna Mübarək Naqva Şueyb Fondunun icraçı direktoru və YUNESKO-nun Xoşməramlı Səfiri Marianna Vardinoyannisin "YES-Azərbaycan"nın ünvanına göndərdikləri təbriklərdə deyilir.
"Planetimizin gələcək sosial, iqtisadi və siyasi təhlükəsizliyi bütünlüklə məlumatlandırılmış və ixtisaslı gənc nəsildən asılıdır. Mən əminəm ki, "YES-Azərbaycan" öz fəaliyyətində uğur qazanacaq", - 1979-cu ildə devrilən İran şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvinin məktubunda deyilir.
Səkkiz yaş münasibətilə ayrıca təbrikləri Kofi Annan Qlobal Humanitar Fondunun baş direktoru, YUNESKO-nun Beynəlxalq Kommunikasiya İnkişafı Proqramının sədri səfir Valter Fust və Belçika Senatının fəxri senatoru Anna Mari Lizin göndərib.