...

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Müqəddəs Zirvə" sənədli filminin təqdimatı keçiriləcək

Cəmiyyət Materials 21 Sentyabr 2010 13:15 (UTC +04:00)
Azərbaycan Dövlət Film Fondunun kinozalında sentyabrın 22-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə ithaf olunmuş "Müqəddəs Zirvə" adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Müqəddəs Zirvə" sənədli filminin təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Dövlət Film Fondunun kinozalında sentyabrın 22-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə ithaf olunmuş "Müqəddəs Zirvə" adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək.

Millət vəkili Qənirə Paşayeva və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi ilə çəkilən filmin rejissoru Etibar Məmmədov, redaktoru Günel Paşayeva, baş məsləhətçisi isə millət vəkili Qənirə Paşayevadır.

"Müqəddəs Zirvə" sənədli filmində Mübariz İbrahimovun həyat və döyüş yolundan bəhs olunur. Filmdə Milli Qəhrəmanın valideynləri, yaxınları, həmçinin, Daxili Qoşunlarda və Milli Ordudakı əsgər yoldaşları, komandirlərinin fikirləri öz əksini tapıb. Filmdə Mübariz İbrahimovun Vətən, Qarabağ haqqında düşüncələri xüsusi yer tutur.

Həmin tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə ithaf edilmiş, millət vəkili Qənirə Paşayevanın sözlərinə və Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın musiqisinə yazılmış "Şəhidim" musiqi kompozisiyasının təqdimatı da keçiriləcək.

Tədbirdə Mübariz İbrahimovun valideynləri, döyüş yoldaşları, millət vəkilləri, Azərbaycan ictimaiyyətinin görkəmli nümayəndələri, gənclər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti