...

Aliyə Qarayeva çoxnövçülükdə dördüncüdür

Cəmiyyət Materials 24 Sentyabr 2010 22:59 (UTC +04:00)
Bu gün Moskvada bədii gimnastika üzrə 30-cu yubiley çempioantının beşinci günündə çoxnövçülük üzrə çıxışlar keçirilib. Liderlər qrupunda Azərbaycanın bürünc mükafatçısı Aliyə Qarayeva çıxış edib. Lakin o, bu dünya birinciliyində özünün bürünc medalını qazanmağa müvəffəq olmayıb.
Aliyə Qarayeva çoxnövçülükdə dördüncüdür

Rusiya, Moskva, 24 sentyabr / Trend, müxbir Y.Kriştalyov/

Bu gün Moskvada bədii gimnastika üzrə 30-cu yubiley çempioantının beşinci günündə çoxnövçülük üzrə çıxışlar keçirilib. Liderlər qrupunda Azərbaycanın bürünc mükafatçısı Aliyə Qarayeva çıxış edib. Lakin o, bu dünya birinciliyində özünün bürünc medalını qazanmağa müvəffəq olmayıb.

Halqa ilə oyunda azacıq çaşan (27.300 bal) Aliyə, növbəti topla oyunda uğurla çıxış edərək, hakimlərdən 27.750 bal alıb. Bu, azərbaycanlı gimnasta çoxnövçülükdə üçüncü yerə çıxmağa imkan verib və özünün əsas rəqibi - belarus Melitina Stanyutanı geridə qoya bilib. Bütün çempionat ərzində olduğu kimi, rusiyalı duet Darya Kondakova və Yevgeniya Kanayeva dueti böyük fərqlə irəliyə çıxıb. Sonuncunun buaxşamkı çıxışı çox güclü idi və öz rəqiblərini böyük fərqlə qabaqlaya bilib. Onun çıxışını, hətta hakimlər də alqışlayıblar.
Aliyə Qarayeva lentlə üçüncü oyununda yenidən yüksək ustalıq göstərdi və bunun üçün hakimlərdən 27.800 bal qazandı. Üçüncü yer uğrunda mübarizədə Stantutanın üstünlüyü nəzərəçarpacaq idi. Güclü gimnast olan Alina Maksimenko isə medal uğrunda mübarizə aparmaq şansını tamamilə itirdi.

Sonuncu yekun mərhələdə xalça üzərinə belarus gimnast çıxdı və topla oyun nümayiş etdirdi. Aliyə Qarayeva özünün iplə oyununa başlayarkən, artıq rəqibinin əldə etdiyi ümumu nəticəni bilirdi - 110.350 bal. Çoxnövçülükdə bürünc medal uğrunda mübarizə üçün ona iplə yaxşı oyun nümayiş etdirmək lazım idi. Çərşənbə axşamı finalda bu onda alınmadı, o, çoxnövçülükdə də gerilədi - iplə oyunda əldə etdiyi 27.450 bal ümumi qələbə üçün kifayət etmirdi. Aliyə Qarayevanın qazandığı ümumi bal 110.300 təşkil edir. O, ümumi hesabda cəmi beş yüz balla Melitina Stanyutaya uduzdu.

Çoxnövçülük üzrə birinci yeri Yevgeniya Kanayeva, ikinci yeri onun rəfiqəsi Darya Kondakova, üçüncü yeri isə Melitina Stanyuta tutdu.

Çoxnövçülük üzrə çempionatın ikinci azərbaycanlı iştirakçısı Anna Qurbanova sentyabrın 24-də öz ad gününü qeyd etdi. Bu ərəfədə o, komanda birinciliyində bürünc medal qazanmaqla özünə yaxşı hədiyyə etdi. Anna Qurbanova çıxışlarının yekunu üzrə 24 yer üzrə 13-cü olaraq, iştirakçıların ikinci qrupuna düşdü. O, bütün dörd tapşırığı yaxşı yerinə yetirdi, sonda öz qrupunda 103.575 ballıq nəticə ilə ikinci yeri tutdu və bu zaman fransız Delfi Ledudan (Ledoux Delphine) azacıq geri qaldı. Onun çoxnövçülükdə əldə etdiyi ümumi nəticəsi 14-cü yer olub.

Xəbər lenti

Xəbər lenti