...

AMEA doktoranturaya qəbul aparacaq institutların siyahısını təsdiq edib

Cəmiyyət Materials 29 Sentyabr 2010 17:57 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) çərşənbə günü Rəyasət Heyətinin iclasında doktoranturaya qəbul aparacaq institut və elmi mərkəzlərin siyahısını təsdiq edib.
AMEA doktoranturaya qəbul aparacaq institutların siyahısını təsdiq edib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) çərşənbə günü Rəyasət Heyətinin iclasında doktoranturaya qəbul aparacaq institut və elmi mərkəzlərin siyahısını təsdiq edib.

AMEA-nın qərarına əsasən 37 elmi institut bu siyahıya daxil edilib.

Sentyabrın sonu, oktyabrın əvvəlində Azərbaycanda doktoranturaya qəbul elan olunacaq və ilin sonuna qədər həmin təhsil pilləsinə qəbul həyata keçiriləcək.

"Gələcəkdə müvafiq ixtisaslar açacaq institutlar da həmin siyahıya daxil ediləcək", - iclas zamanı AMEA-nın prezidenti Mahmud Kərimov deyib.

Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi doktoranturaya yeni qəbul qaydalarına əsasən, qəbul imtahanları, minimumların verilməsi, elmi rəhbərlərin seçilməsi, həmçinin, doktoranturaya qəbul aparan institutlara tələblər artırılıb.

Azərbaycanda 2009-cu ildə "Təhsil haqqında" yeni qanun qəbul olunduqdan sonra bu təhsil pilləsinə qəbul aparılmayıb.

Xəbər lenti

Xəbər lenti