...

Azərbaycanın Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzləri yaradılır

Cəmiyyət Materials 3 Dekabr 2010 11:26 (UTC +04:00)
Nazirlər Kabinetinin internet saytının cümə günü yaydığı məlumata görə, mədəniyyət mərkəzlərinin yaradılması haqqında Prezidentin 1 sentyabr 2010-cu il tarixli sərəncamının təmin olunması məqsədilə hökumət "Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nüma-yəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə"ni təsdiq edib.
Azərbaycanın Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzləri yaradılır

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzləri yaradılır.

Nazirlər Kabinetinin internet saytının cümə günü yaydığı məlumata görə, mədəniyyət mərkəzlərinin yaradılması haqqındaPrezidentin 1 sentyabr 2010-cu il tarixli sərəncamının təmin olunması məqsədi ilə hökumət "Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə"ni təsdiq edib.

Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamədə qeyd olunur ki, Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədi, Mədəniyyət və Turizm Nazirliyinin və Xarici İşlər Nazirliyinin birgə təklifi və Nazirlər Kabinetinin vəsatəti əsasında Prezidentin Sərəncamı ilə yaradılır və Azərbaycan səfirliyinin tabeliyində fəaliyyət göstərir.

Mərkəzin yerləşdiyi binada və ya onun ərazisində Azərbaycanın Dövlət bayrağı qaldırılır. Mərkəzin yerləşdiyi binaya və ya onun ərazisinə Dövlət gerbinin təsviri və Azərbaycan dilində və qəbul edən dövlətin dövlət dilində "Azərbaycan Respublikasının Mədəniyyət Mərkəzi" yazısı olan lövhə vurulur.

Mərkəzin saxlanılması xərcləri və fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinə ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

Mərkəz açıldığı dövlətin ictimaiyyətini Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə məlumatlandırır, müraciət edən şəxslərin kitab, qəzet, jurnal və disklərdən, eləcə də mədəni, elmi və texniki xarakterli sənədlərdən istifadə etmələrinə şərait yaradır, Azərbaycan dilinin tədrisi və təbliğinə yardım edir, bu ölkədə təhsil alan Azərbaycan vətəndaşları, həmçinin həmin dövlətin Azərbaycanda təhsil alan tələbələri və məzunları ilə əlaqələrin yaradılmasında iştirak edir, qəbul edən dövlətdə yaşayan azərbaycanlılarla mədəni əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına öz səlahiyyətləri daxilində yardım edir.

MərkəzAzərbaycanın daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə konfranslar, kollokviumlar, görüşlər, tamaşalar, konsertlər, təqdimatlar, sərgiləri və digər tədbirləri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu məqsədlər üçün ayrılmış vəsaitlər dairəsində təşkil edir, mədəniyyət və turizm, elm, təhsil orqanları, təşkilatları və qeyri-hökumət təşkilatları arasında əlaqələrin və əməkdaşlığın yaradılmasına və inkişaf etdirilməsinə yardım edir, mədəniyyət, elm, təhsil, turizm və informasiya əlaqələri sahəsində əməkdaşlıq proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir, mədəniyyət, elm, təhsil və turizm sahəsində məlumat və təşviqedici material mübadiləsini həyata keçirir.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linklərdir

http://az.trend.az/news/politics/1790948.html

http://az.trend.az/news/politics/1790940.html

http://az.trend.az/news/society/1789601.html

http://az.trend.az/news/politics/1789658.html

http://az.trend.az/news/society/1789485.html

http://az.trend.az/news/society/1789065.html

http://az.trend.az/news/society/1788841.html

http://az.trend.az/news/society/1788636.html

http://az.trend.az/news/society/1787633.html

http://az.trend.az/news/society/1787048.html

http://az.trend.az/news/politics/1786989.html

http://az.trend.az/news/society/1786099.html

http://az.trend.az/news/politics/1786011.html

http://az.trend.az/news/society/1785422.html

http://az.trend.az/news/society/1785378.html

http://az.trend.az/news/politics/1785342.html

http://az.trend.az/news/society/1784463.html

http://az.trend.az/news/society/1784555.html

http://az.trend.az/news/society/1783636.html

http://az.trend.az/news/society/1782698.html

http://az.trend.az/news/society/1780194.html

http://az.trend.az/news/karabakh/1780129.html

http://az.trend.az/news/society/1780114.html

http://az.trend.az/news/politics/1779698.html

http://az.trend.az/capital/energy/1779708.html

http://az.trend.az/news/society/1775315.html

http://az.trend.az/news/karabakh/1771475.html

http://az.trend.az/news/society/1771449.html

http://az.trend.az/news/politics/1771264.html

http://az.trend.az/news/politics/1771281.html

http://az.trend.az/news/society/1770126.html

http://az.trend.az/news/society/1769966.html

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti