Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir M.Əliyev/
2011-2012-ci illər üçün Azərbaycanın ali məktəblərinin magistraturalarına imtahanların ikinci turu iyunda keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
Onun sözlərinə görə, dəqiq tarix birinci tur keçirildikdən sonra məlum olacaq.
Ali məktəblərin magistraturalarına qəbul imtahanlarının birinci turu gələn il fevralın 20-də keçiriləcək.
Sənədlərin qəbulu 2011-ci il yanvarın 25-də başlayacaq və fevralın 7-dək davam edəcək.
Azərbaycanda magistraturaya qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavr məntiq, xarici dil və informatika üzrə test sualllarına, ikinci mərhələdə isə seçilmiş ixtisas üzrə suallara cavab verir.
Azərbaycanda 51 ali məktəb fəaliyyət göstərir. Onlardan 36-sı dövlət müəssisəsidir.