...

Bakıda çərşənbə axşamı gecə güclü yağıntılar gözlənilir

Cəmiyyət Materials 11 Yanvar 2011 12:43 (UTC +04:00)
Bakıda çərşənbə axşamı gecə güclü yağıntılar gözlənilir.
Bakıda çərşənbə axşamı gecə güclü yağıntılar gözlənilir

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir Z.Əhmədova/

Bakıda çərşənbə axşamı gecə güclü yağıntılar gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev çərşənbə axşamı Trend-ə bildirib.

Onun sözlərinə görə, çərşənbə günü paytaxtda yağıntılı hava şəraiti davam edəcək, gecə yağıntıların kəskinləşəcəyi ehtimal olunur.

Verdiyev bildirib ki, yanvarın 12, 13 və 14-ü Bakıda yağıntısız, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi proqnozlaşdırılır.

Yanvarın 14-də şimal küləyinin cənub-şərq küləyi ilə əvəz olunması nəticəsində havanın temperaturunun səkkiz dərəcəyə qədər artacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti