...

Azərbaycanda 2011-2012-ci tədris ili üçün yeni dərsliklər çap olunacaq

Cəmiyyət Materials 17 Yanvar 2011 15:11 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi mart ayında 2011-2012-ci tədris ilində VII-XI siniflər üçün çap olunacaq yeni dərslikləri müəyyən edəcək. Bu barədə Trend-ə bazar ertəsi nazirliyin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib.
Azərbaycanda 2011-2012-ci tədris ili üçün yeni dərsliklər çap olunacaq

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Təhsil Nazirliyi mart ayında 2011-2012-ci tədris ilində VII-XI siniflər üçün çap olunacaq yeni dərslikləri müəyyən edəcək. Bu barədə Trend-ə bazar ertəsi nazirliyin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib.

"Təhsil Nazirliyinin 2010-cu ildə elan etdiyi tender fevralın sonu yekunlaşacaq və bir ay müddətində təkliflər qiymətləndirilərək yeni dərsliklərlə bağlı qərar qəbul olunacaq", - Şahbazlı bildirib.

Azərbaycan Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün 38 adda dərslik hazırlanıb çap edilməsini təşkil etmək məqsədilə açıq tender elan edib.

Şahbazlının sözlərinə görə, aprel ayında IV siniflər üçün 19 adda dərsliyin, müəllimlər üçün 21 adda metodik vəsaitin hazırlanması ilə bağlı elan olunmuş tenderin qiymətləndirilməsinə başlanılacaq.

Azərbaycanın 4 552 dövlət ümumtəhsil məktəbində təqribən 170 min müəllim çalışır və 1,42 milyondan çox şagird təhsil alır. 17 özəl ümumtəhsil məktəbində 1 005 müəllim işləyir.

Xəbər lenti

Xəbər lenti