...

Azərbaycanda jurnalistlər üçün tikiləcək binanın sənədləri təsdiq olunub - Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 10 Fevral 2011 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda jurnalistlər üçün tikiləcək binanın sənədləri artıq təsdiq olunub. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

"Yəqin ki, yaxın vaxtlarda binanın tikintisinə başlanılacaq", - Amaşov deyib.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna beş milyon manat vəsait ayrılması qeyd olunur.

Xəbər lenti

Xəbər lenti