...

Media İşçi Qrupunun yaranmasının bir illiyi qeyd olunub

Cəmiyyət Materials 6 Fevral 2011 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral / Trend, müxbir M.Əliyev/

Bakıda Media İşçi Qrupunun (AEGEE) yaranmasının bir illiyinə həsr olunmuş yığıncaq keçirilib. AEGEE məlumatında görə, tədbirdə görülən işlər və gələcək planlar müzakirə mövzusu olub.

Tədbirdə Media İşçi Qrupunun rəhbəri Afaq Əhmədova il ərzində üç dəfə yenilənmiş qrupla işlədiyini bildirib, cari hadisələrlə bağlı tədbirlərlə yanaşı, üç layihə üzərində işin getdiyini söyləyib. "İl ərzində işlədiyimiz layihələrdən biri artıq hazırdır. Bugün AEGEE Media İşçi Qrupunun bir yaşında il ərzində işlədiyimiz yeni "İdeyalar Nəsli" (Ideas Generation) layihəsini təqdim edirik. Layihənin əsas məqsədi yeni ideya və kəşf sahiblərini, biznes qurumlarını və sahibkarları bir araya gətirib, kagızda yazılan nəzəriyyəni işdə tətbiq etməkdir. Bununla IGeneration ölkəmizdə elm və texnologiyaların inkişafına və regiona "beyin axınına" səbəb ola bilər", - Afaq Əhmədova bildirib.

Layihənin koordinatoru Media İşçi Qrupunun üzvü Mövsüm Bağırlı gənc alimləri aktiv olmağa çağırıb. IGeneration layihəsi çərçivəsində fevral ayından yerli və beynəlxalq təcrübə proqramına start verilir.

Xəbər lenti

Xəbər lenti