...

Azərbaycanda cəzaçəkmə müəssisələrinin vəzifəli şəxsləri işdən qovulub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 26 Fevral 2011 12:18 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyinin penitensiar sistemində ciddi qanun pozuntularına yol verən daha bir əməkdaş tutduğu vəzifədən və ədliyyə orqanlarından qovulub.
Azərbaycanda cəzaçəkmə müəssisələrinin vəzifəli şəxsləri işdən qovulub (ƏLAVƏ OLUNUB)

Dördüncü abzasda 16 saylı cəzaçəkmə müəssisəsi ilə bağlı məlumat əlavə olunub (ilk xəbər 10:00-da yayılıb)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ədliyyə Nazirliyinin penitensiar sistemində ciddi qanun pozuntularına yol verən daha bir əməkdaş tutduğu vəzifədən və ədliyyə orqanlarından qovulub.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən şənbə günü Trend-ə verilən məlumata görə, ədliyyə nazirinin müavini, PX-nin rəisi Mədət Quliyevin əmri ilə 9 saylı cəzaçəkmə müəssisəsinin rejim nəzarət şöbəsinin rəisi, ədliyyə mayoru Həsənov Elçin Bahəddin oğlu tutduğu vəzifədən və ədliyyə orqanlarından xaric edilib.

Məlumatda bildirilir ki, Həsənov xidməti vəzifələrinin icrası zamanı ciddi qanun pozuntulara yol verdiyi və ədliyyə orqanları əməkdaşlarının etik davranış qaydalarını pozduğu üçün cəzalandırılıb.

PX rəisinin digər əmri ilə 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat-rejim işləri üzrə rəis müavini, ədliyyə mayoru Məmmədov Mayıl Bəhram oğlu qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirmədiyinə, qulluq etikası qaydalarına əməl etmədiyinə görə tutduğu vəzifədən azad edilib.

Bir neçə gün öncə 17 saylı cəzaçəkmə müəssisəsinin qeydiyyat bölməsinin rəisi, ədliyyə mayoru Rəhimov Rəfael Ağarəhim oğlu tutduğu vəzifədən və ədliyyə orqanlarından xaric edilmişdi.

Xəbər lenti

Xəbər lenti