...

Azərbaycanda bu il magistraturaya daxil olanlara möhlət verilə bilər - deputat

Cəmiyyət Materials 10 Mart 2011 15:15 (UTC +04:00)
Azərbaycanda artıq bu ildən magistraturaya daxil olanlara möhlət verilə bilər. Bu barədə cümə axşamı jurnalistlərə Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, Parlamentin Elm və təhsil komitəsinin üzvü Abel Məhərrəmov bildirib.
Azərbaycanda bu il magistraturaya daxil olanlara möhlət verilə bilər - deputat

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda artıq bu ildən magistraturaya daxil olanlara möhlət verilə bilər. Bu barədə cümə axşamı jurnalistlərə Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, Parlamentin Elm və təhsil komitəsinin üzvü Abel Məhərrəmov bildirib.

"Bu məsələnin aktuallığı nəzərə alınaraq, magistraturaya daxil olanlara möhlət artıq bu ilki qəbul imtahanlarından sonra verilə bilər", - Məhərrəmov deyib.

Onun sözlərinə görə, təhsillərini başa vurmayan gənclər hərbi xidmətdən sonra nadir hallarda elmə qayıdırlar.

"Hərbi xidmətdən sonra yaxşı tələbələrin bir hissəsi elmə qayıtmırlar, təhsil almaq istəyənlər isə qiyabi şöbələri seçirlər. Qiyabi təhsillə Azərbaycanda elmin səviyyəsini qaldırmaq mümkün deyil", - BDU-nun rektoru deyib.

Onun sözlərinə görə, əgər tarixən BDU-da magistraturanın əyani şöbəsində təhsil alanların sayı qiyabi şöbədə təhsil alanlardan bir qədər çox idisə, hazırda qiyabi şöbədə daha çox magistr təhsil alır ki, onların çoxu qızlardır.

Məhərrəmov statistik məlumatlar nəzərə alınaraq, cari ildə bu məsələyə diqqət ayrılacağına və oğlanlara magistratura və doktoranturada təhsillərini davam etdirmək üçün möhlət veriləcəyinə ümidini ifadə edib.

Hazırda magistraturaya daxil olan bakalavrlar təhsillərini hərbi xidmət keçdikdən sonra davam etdirirlər.

Xəbər lenti

Xəbər lenti