...

Azərbaycanda nikaha daxil olan şəxslər məcburi tibbi müayinədən keçiriləcəklər (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 11 Mart 2011 13:47 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Sosial siyasət komitəsinin cümə günü keçirilən iclasında müzakirə olunub.
Azərbaycanda nikaha daxil olan şəxslər məcburi tibbi müayinədən keçiriləcəklər (ƏLAVƏ OLUNUB)

5-ci abzasdan sonra Hadı Rəcəblinin fikirləri əlavə olunub (ilk xəbər 13:22-də yayılıb)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda nikaha daxil olan şəxslər məcburi tibbi müayinədən keçiriləcəklər.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Sosial siyasət komitəsinin cümə günü keçirilən iclasında müzakirə olunub.

Azərbaycanın Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə görə, nikaha daxil olan şəxslər bir-birlərinin sağlamlıq vəziyyəti barədə məlumat əldə etmək məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarına tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməlidirlər.

Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamalıdırlar.

Həmin şəxslər bu məlumatları açıqlayacaqları halda, qanunvericilikdə müəyyən olunmuş qaydada məsiliyyətə cəlb olunacaqlar.

"Hazırda mövcud qanunvericilikdə nikaha daxil olanların sadəcə bir-birini məlumatlandırması ilə bağlı müddəa var. Lakin təklif olunan dəyişikliklə bu maddə ciddiləşəcək və icbari xarakter daşıyacaq", - Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Onun sözlərinə görə, hazırda yalnız şizofreniya və ruhi xəstəliyi olanların nikaha girməsi qadağandır, lakin nəzərə almaq lazımdır ki, cəmiyyət üçün bilərəkdən xəstə uşaq dünyaya gətirmək özü də cinayətdir.

Ailə Məcəlləsinə olunan dəyişikliklərdə qeyd olunub ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, ailə planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi tibb müəssisələrində pulsuz həyata keçirilir.

Həmçinin qeyd olunur ki, nikaha daxil olan şəxslərdən biri özündə müəyyən edilmiş xəstəliklərin olmasını gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Xəbər lenti

Xəbər lenti