...

Azərbaycanın xalq artisti onu bıçaqlayanları bağışladı

Cəmiyyət Materials 11 Mart 2011 13:34 (UTC +04:00)
Prokuror Azərbaycanın xalq artistini bıçaqlamaqda ittiham olunan şəxslərə 14 il 6 ay cəza istəyib.
Azərbaycanın xalq artisti onu bıçaqlayanları bağışladı

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir K.Zərbalıyeva/

Prokuror Azərbaycanın xalq artistini bıçaqlamaqda ittiham olunan şəxslərə 14 il 6 ay cəza istəyib.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror xalq artisti Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən şəxslərə iş istəyib.

Dövlət ittihamçısı Rüfət Məlikovun 9, Seymur Məmmədovun 3 il, Natəvan Şərifovanın isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Prokurorun çıxışından sonra söz alan xalq artisti ona qarşı cinayət edənləri bağışladığını bildirib.

Proses martın 14-də vəkillərin və təqsirləndirilənlərin çıxışı ilə davam edəcək.

Ötən il sentyabrın 27-də səhər saatlarında, Bakının Nəsimi rayonu ərazisində, əvvəllər "Kubinka" adlanan yerdə xalq artisti Faiq Ağayevin özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi yaranıb. Mübahisə sonradan münaqişəyə çevrilib. Nəticədə Ağayev və onun yanında olan iki nəfər çoxsaylı bıçaq xəsarətləri alıb.

Məlikov Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), Məmmədov isə 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Hadisənin digər iştirakçısı Natəvan Şərifova CM-nin 221.3-cü maddəsi ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti