...

Azərbaycanda magistraturaya qəbul proqramları açıqlanıb

Cəmiyyət Materials 11 Mart 2011 16:01 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Magistr" xüsusi buraxılışının 3-cü sayını nəşr edib.
Azərbaycanda magistraturaya qəbul proqramları açıqlanıb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Magistr" xüsusi buraxılışının 3-cü sayını nəşr edib. Trend-in məlumatına görə, bu barədə komissiyadan cümə günü bildiriblər.

Jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub.

"Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli"ndə bakalavrlar bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura istiqamətləri və ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq ona seçmək hüququ verilən ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməlidir və müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini 2011-ci il fevralın 20-də keçirib və bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri test üsulu ilə yoxlanıb.

Xəbər lenti

Xəbər lenti