...

İran Azərbaycanda xəstəxana tikəcək - səfir

Cəmiyyət Materials 15 Mart 2011 17:28 (UTC +04:00)
İranın Qırmızı Aypara Cəmiyyəti Bakıda xəstəxana tikəcək. Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.
İran Azərbaycanda xəstəxana tikəcək - səfir

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir T.Cəfərov/

İranın Qızıl Aypara Cəmiyyəti Bakıda xəstəxana tikəcək. Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun üçün müvafiq dövlət qurumlarına müraciət olunub və lisenziya alınıb.

"Xəstəxananın harada tikilməsi və digər təşkilati məsələlər müzakirə olunur", - Bəhrami əlavə edib.

Səfir qeyd edib ki, xəstəxanada müxtəlif xəstəliklərin, o cümlədən ürək xəstəliklərinin müalicəsi həyata keçiriləcək.

Bəhrami iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Səfir hesab edir ki, iki ölkənin prezidentlərinin iradəsi heç bir məhdudiyyət olmadan əlaqələrin inkişafına yönəlib.

"Hər iki ölkə həmişə bir-birinə dəstək verməlidir", - o qeyd edib.

Səfir onu da qeyd edib ki, martın 27-də İranda Novruz bayramı münasibətilə geniş tədbir keçiriləcək.

"Novruz bayramını qeyd edən ölkələrin prezidentləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev həmin tədbirə dəvət olunub", - Bəhrami deyib.

2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Novruz bayramının Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. Günün məqsədi dünyadakı bütün dövlətlər və xalqların bu bayramın tarixi və ənənələrinə əsaslanaraq təbiətlə insan arasında harmoniyanı və bəşəri sülh və xeyirxahlıq ideyalarını təbliğ etməsidir.

Hər il martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd edilir.

Xəbər lenti

Xəbər lenti