...

Azərbaycan Parlamenti İTV-nin Yayım Şurasına yeni üzvlərin təyinatını müzakirə edəcək

Cəmiyyət Materials 17 Mart 2011 12:38 (UTC +04:00)
Azərbaycan Milli Məclisi 18 martda keçiriləcək iclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvlərinin təyin edilməsi məsələsinə baxacaq.
Azərbaycan Parlamenti İTV-nin Yayım Şurasına yeni üzvlərin təyinatını müzakirə edəcək

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi 18 martda keçiriləcək iclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvlərinin təyin edilməsi məsələsinə baxacaq. Bu barədə cümə axşamı Trend-ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvvəkküloğlu bildirib.

"İctimai televiziya və radio yayımı haqqında" qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvlərinin 6 illik səlahiyyət müddəti martın 15-də başa çatıb.

Yayım Şurasının 9 üzvündən üçü - Namiq Məmmədov, Fuad Muradov və Zərifə Salahova 2009-cu ilin aprel ayında bu vəzifəyə təsdiq olunublar.

Milli Məclisin sabah keçirilən iclasında "Dövlət rüsumu haqqında", "Məhkəmələr və hakimlər haqında", "Konstitusiya məhkəməsi haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Prokurorluq haqqında" qanunlara əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti