...

Azərbaycanın Gəncə şəhərinin üç məktəbinin direktoru vəzifəsindən azad edilib

Cəmiyyət Materials 31 Mart 2011 13:56 (UTC +04:00)
Gəncə şəhərinin üç orta məktəbinin direktoru tutduğu vəzifədən azad edilib.
Azərbaycanın Gəncə şəhərinin üç məktəbinin direktoru vəzifəsindən azad edilib

Azərbaycan, Gəncə, 31 mart /Trend, müxbir V.Məmmədov/

Gəncə şəhərinin üç orta məktəbinin direktoru tutduğu vəzifədən azad edilib.

Trend-in bölgə müxbirinin məlumatına görə, 19 saylı orta məktəbin direktoru Minirə Ağayeva, 10 saylı məktəbin direktoru Cəlal Fətullayev və 16 saylı məktəbin direktoru Rəna Ələkbərova işində yol verdiyi nöqsanlara görə, vəzifəsindən azad edilib.

Hazırda şəhərin təhsil müəssisələrində yoxlamalar davam etdirilir.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti