...

Azərbaycan Avropa Şurasının gənclər siyasəti sahəsində mühüm tərəfdaşıdır - Ralf-Rene Vaynqartner

Cəmiyyət Materials 7 Aprel 2011 18:47 (UTC +04:00)
Azərbaycan Avropa Şurasının (AŞ) gənclər siyasəti sahəsində mühüm tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu AŞ-nin Gənclər və idman departamentinin rəhbəri Ralf-Rene Vaynqartner deyib.
Azərbaycan Avropa Şurasının gənclər siyasəti sahəsində mühüm tərəfdaşıdır - Ralf-Rene Vaynqartner

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir V.Javoronkova/

Azərbaycan Avropa Şurasının (AŞ) gənclər siyasəti sahəsində mühüm tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu AŞ-nin Gənclər və idman departamentinin rəhbəri Ralf-Rene Vaynqartner deyib.

Onun sözlərinə görə, Avropada müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğul olan Azərbaycanın çoxlu gənclər təşkilatı təmsil olunub.

"Azərbaycan Şərq və Qərb arasında müsəlman əhalisinin yaşadığı, eləcə də həm Şərqlə, həm də Qərblə yaxşı münasibətləri olan digər dinlərin və ənənələrin mövcud olduğu ölkə kimi körpüdür", - Trend-ə cümə axşamı Bakıda Vaynqartner bildirib.

Onun fikrincə, Azərbaycanın bu xüsusiyyəti Avropa Komissiyasının apardığı mədəniyyətlərarası dialoq üçün sərvətdir.

Vaynqartnerin sözlərinə görə, Avropa Şurası bütün Qafqaz gəncləri ilə fəal əməkdaşlıq edir. Belə ki, bu regionun bütün ölkələri təşkilatın gənclər siyasətinin iştirakçılarıdır.

"Hər il biz dünyanın gənclər düşərgəsini təşkil edirik. Ora İsrail, Fələstindən olan gənclər, Rusiya və Gürcüstandan, Azərbaycan və Ermənistandan olan gənc liderlər gələrək regionlardakı münaqişələri və onların dinc yolla həllini müzakirə edirlər", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti