...

Azərbaycan və İordaniya gənclər və idman sahəsində birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər

Cəmiyyət Materials 19 Aprel 2011 18:11 (UTC +04:00)
Azərbaycan və İordaniya gənclər və idman sahəsində birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.
Azərbaycan və İordaniya gənclər və idman sahəsində birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan və İordaniya gənclər və idman sahəsində birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər. Bu barədə çərşənbə axşamı Azərbaycanın İordaniyadakı səfirliyindən Trend-ə verilən məlumatda deyilir.

Gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti çərşənbə axşamı İordaniyanın Gənclər üzrə Ali Şurasının sədri Əhməd əl-Masarva ilə görüşüb. Görüşdə nümayəndə heyətləri iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib və birgə tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.

Keçirilmiş görüşlərdə müxtəlif sahələrdə konkret nəticələrə yönəlmiş birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Səfər çərçivəsində İordaniya Kralı II Abdullahın 2010-cu il mayın 16-da Azərbaycana rəsmi səfəri zamanı imzalanan "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İordaniya Haşimilər Krfallığının Gənclər üzrə Ali Şurası arasında gənclər sahəsində əməkdaşlıq haqqında saziş"dən irəli gələn məsələlər müzakirə olunub.

İordaniyaya səfəri zamanı Azad Rəhimov İordaniya Milli Olimpiya komitəsinin sədri Əmir Feysəl ibn əl-Hüseyn və İordaniyanın Baş naziri Maruf Baxitlə görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti