Azərbaycan, Bakı, 5 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Baş Prokurorluğunda kadr dəyişiklikləri olub.
Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, Baş prokuroru Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Anar Məmmədov Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi, Siyəzən rayon prokuroru Niyaz Məmişov isə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsinə təyin olunublar.