...

"Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 6 May 2011 15:09 (UTC +04:00)
Prezident Kitabxanasında cümə günü Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun "Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının təqdimat mərasimi keçirilib.
"Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir T.Hacıyev/

Prezident Kitabxanasında cümə günü Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun "Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanası direktorunun müavini Cəmilə Talıbzadə bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev yalnız Azərbaycan deyil, dünya tarixində görkəmli yer tutmuş siyasi xadimlərdən biridir. Ulu öndər haqqında çoxsaylı kitabların yazıldığını qeyd edən direktor müavini vurğulayıb ki, bu gün təqdimatına toplaşdığımız monoqrafiya bu mövzunun tükənməzliyini və ümummilli lider haqqında bundan sonra da yeni-yeni elmi əsərlərin yazılacağını deməyə əsas verir.

AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov qeyd edib ki, bu günlər xalqımız üçün olduqca əlamətdar tarixi hadisələrlə zəngindir. Müstəqil respublikamızın hər yerində, 60 milyonluq xalqımızın yaşadığı bütün ölkələrdə dahi azərbaycanlı, ulu öndərimiz Heydər Əliyevin doğum günü qeyd olunur.

Həşimov vurğulayıb ki, xalqımız üçün tükənməz mənəvi sərvət mənbəyi olan bu dahi şəxsiyyətin zəngin irsinin araşdırılmasına akademiyada xüsusi diqqət yetirilir.

AMEA-nın birinci vitse-prezidenti vurğulayıb ki, bu əsərin digər böyük uğuru ulu öndərin layiqli davamçısı, yaşadığımız dövrün görkəmli dövlət xadimi Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin burada işıqlandırılmasıdır. Müəllifin bu istiqamətdə apardığı axtarışlar böyük maraq doğurur. Fikrimizcə, təqdimat mərasiminə toplaşdığımız əsər görkəmli alimimiz Mahmudovun və bütünlüklə akademiya elminin Əliyevşünaslığa çox mühüm töhfəsidir.

"Heydər Əliyev ideyalarının zəfər yürüşü" fundamental araşdırmasının ərsəyə gəlməsində onun elmi redaktoru Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun, həmçinin kitabı çapa hazırlayan qrupun əməyi xüsusi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti