...

"Heydər zirvəsi"nə ənənəvi yürüş olacaq

Cəmiyyət Materials 6 May 2011 17:34 (UTC +04:00)
Federasiyanın mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, builki yürüşdə AHEİNF-nin fəallarından başqa, respublikamızın müxtəlif təşkilat və ali məktəblərindən 130 nəfərədək könüllü də iştirak edəcək.
"Heydər zirvəsi"nə ənənəvi yürüş olacaq

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Gənclər və İdman NazirliyiAzərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (AHEİNF) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar mayın 7-də Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə (3751 metr) növbəti yürüş başlayacaq.

Federasiyanın mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, builki yürüşdə AHEİNF-nin fəallarından başqa, respublikamızın müxtəlif təşkilat və ali məktəblərindən 130 nəfərədək könüllü də iştirak edəcək.

Azərbaycan Hava və Ekstremal İdman Növləri və Azərbaycan Alpinizm federasiyalarının Koordinasiya Şurasının birgə qərarı ilə yürüşə təcrübəli alpinist Saridan Mursaqulova rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti