Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İsabalayeva/
Yaxın günlərdə Bakı Dövlət Universitetinin (BDU) fakültələrində müəyyən kadr dəyişiklikləri olacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə BDU-nun rektoru Abel Məhərrəmov deyib.
"BDU-da şəffaflığı artırmaq məqsədilə tədbirlərin keçirilməsinə semestrin əvvəlindən başlanılıb. Artıq bəzi islahatlar aparmışıq. Universitetin rəhbərliyində müəyyən dəyişikliklər olub. Amma təkcə vəzifə dəyişikliyi məsələni həll etmir. Şəffaflıq üçün mübarizəyə bütün universitet qoşulmalıdır", - Məhərrəmov deyib.
Rektor əlavə edib ki, BDU-da şəffaflığı təmin etmək üçün "Elektron mərkəz" açılıb. Bu mərkəz vasitəsilə bütün imtahanlara nəzarət edilir.
Məhərrəmov yay imtahan sessiyasının da çox şəffaf keçiriləcəyinə inandığını deyib.
Bakı Dövlət Universitetinin fakültələrində kadr dəyişiklikləri olacaq