...

Gürcüstanda yaşayan azərbaycanlılar "Gürcüstan Müsəlmanları İdarəsi"nin yaradılmasına etiraz edirlər

Cəmiyyət Materials 13 May 2011 15:34 (UTC +04:00)
Gürcüstanda yaşayan azərbaycanlılar "Gürcüstan Müsəlmanları İdarəsi"nin yaradılmasına etiraz edirlər.
Gürcüstanda yaşayan azərbaycanlılar "Gürcüstan Müsəlmanları İdarəsi"nin yaradılmasına etiraz edirlər

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir M.Əliyev/

Gürcüstanda yaşayan azərbaycanlılar "Gürcüstan Müsəlmanları İdarəsi"nin yaradılmasına etiraz edirlər.

"Gürcüstan Mənim Vətənimdir" İctimai Birliyinin sədri Əli Babayev "Gürcüstan Müsəlmanları İdarəsi" qeyri-hökumət təşkilatının yaradılmasını şərh edərkən Trend-ə bildirib ki, belə qurumun yaradılmasına heç bir zərurət olmayıb.

"Belə bir qurumun yaradılarkən bütün müsəlman icmalarının rəyi nəzərə alınmalı idi. Əgər mətbuatın yazdığı kimi, idarə artıq yaranıbsa, qurumda bütün müsəlman icmalarının nümayəndələri eyni səviyyədə təmsil olunmalıdırlar. Yalnız bu halda həmin idarənin fəaliyyətindən narazılıq olmaz", - o deyib.

Bu yaxınlarda "Gürcüstan Müsəlmanları İdarəsi" QHT yaradılıb. Təşkilatın yaradılmasında məqsəd Gürcüstanda islam icmaları və məscidlərinin fəaliyyətinə nəzarət etməkdir. QHT-nin sədri müfti Camal Baqşadzedir. Bu vaxta qədər bu nəzarəti Qafqaz Müsəlmanları İdarəsi həyata keçirirdi.

Əli Babayev bildirib ki, bu cür idarənin yaradılması bir neçə ildir ki, müzakirə olunurdu. "Lakin hesab edirəm ki, idarənin yaradılmasından daha vacib işlər var. Belə ki, Gürcüstanda müsəlman cəmiyyətində hökm sürən parçalanmanın aradan qaldırılması, müxtəlif dini cərəyanların qanunsuz fəaliyyətinin dayandırılması istiqamətində tədbirlər həyata keçirilməlidir", - Babayev deyib.

Onun sözlərinə görə, Gürcüstanın müsəlman cəmiyyətində ciddi problemlərdən biri də məscidlərin statusu ilə bağlıdır. "Təəssüf ki, məscidlərin dövlət qeydiyyatına alınmaması probleminin həlli Gürcüstan və Azərbaycanın ali dini orqanları arasında danışıqlar mərhələsində qalır. Dəfələrlə təklif etmişik ki, Gürcüstanda din sahəsindəki problemlərin müzakirəsi və onların həlli yollarının axtarılması üçün konfrans keçirilsin", - o, bildirib.

Xəbər lenti

Xəbər lenti