...

Azərbaycan hökuməti metronun yeni tikiləcək stansiyalarının adlandırılması barədə qərar verib

Cəmiyyət Materials 24 May 2011 10:48 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Bakı Metropoliteninin yeni tikiləcək stansiyalarının adlandırılması barədə" qərar verib.
Azərbaycan hökuməti metronun yeni tikiləcək stansiyalarının adlandırılması barədə qərar verib

Azərbaycan, Bakı, 24 may/ Trend

Azərbaycan Nazirlər Kabineti "Bakı Metropoliteninin yeni tikiləcək stansiyalarının adlandırılması barədə" qərar verib.

Nazirlər Kabinetindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospektində yerləşən Bakı Metropoliteninin yeni tikiləcək stansiyası "Avtovağzal" adlandırılacaq.

Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən yeni tikiləcək stansiya isə "Dərnəgül" adlanacaq.

NK Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Metropoliteni bu qərardan irəli gələn məsələləri həll etməyi tapşırıb.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metronun 22 stansiyası var.

Xəbər lenti

Xəbər lenti