...

"FINCA Azerbaijan"ın Masallı filialı açılır

Cəmiyyət Materials 2 İyun 2011 11:55 (UTC +04:00)
İyundan etibarən "FINCA Azerbaijan"ın Masallı filialı fəaliyyətə başlayacaq. Filialın hədəf müştəriləri bölgədə fəaliyyət göstərən kiçik və orta sahibkarlar və kənd təsərrüfatı ilə məşğul olan əhali olacaq. Trend-in məlumatına görə, Masallı filialı Masallı və Yardımlı rayonlarına, Cəlilabad rayonu Göytəpə şəhərinə, Lənkəranın Liman şəhərinə və ətraf kəndlərə xidmət göstərəcək.
"FINCA Azerbaijan"ın Masallı filialı açılır

Azərbaycan, Bakı, 2 iyun /Trend/

İyundan etibarən "FINCA Azerbaijan"ın Masallı filialı fəaliyyətə başlayacaq. Filialın hədəf müştəriləri bölgədə fəaliyyət göstərən kiçik və orta sahibkarlar və kənd təsərrüfatı ilə məşğul olan əhali olacaq. Trend-in məlumatına görə, Masallı filialı Masallı və Yardımlı rayonlarına, Cəlilabad rayonu Göytəpə şəhərinə, Lənkəranın Liman şəhərinə və ətraf kəndlərə xidmət göstərəcək.

Kadr heyətinin 18 nəfərdən ibarət olması planlaşdırılır. İstifadə olunacaq kredit məhsulları isə HKQ, KKQ, FEX, KOS, FFK, KTTK-lardır. Masallı filialı ilin sonuna 3800 nəfərə yaxın müştəriyə kredit verməyi planlaşdırır, hədəf portfel isə 3 milion USD-dən çoxdur. Xatırladaq ki, Masallı ərazisində 190,000 nəfərdən çox əhali yaşayır, rayon mikromaliyyə sektoru baxımından mühüm üstünlüklərə malikdir.

Xəbər lenti

Xəbər lenti