...

Azərbaycanda Nəsirəddin Tusinin yeni əlyazmalarının öyrənilməsinə başlanılıb

Cəmiyyət Materials 16 İyun 2011 13:32 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu yaxınlarda Məhəmməd Nəsirəddin Tusinin yeni əlyazmalarını əldə edib. Trend-in məlumatına görə, bunu cümə axşamı AMEA Rəyasət Heyətində Nəsirəddin Tusinin 810 illiyinə həsr olunmuş beynəlxalq konfransda AMEA-nın prezidenti Mahmud Kərimov deyib.
Azərbaycanda Nəsirəddin Tusinin yeni əlyazmalarının öyrənilməsinə başlanılıb

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu yaxınlarda Məhəmməd Nəsirəddin Tusinin yeni əlyazmalarını əldə edib. Trend-in məlumatına görə, bunu cümə axşamı AMEA Rəyasət Heyətində Nəsirəddin Tusinin 810 illiyinə həsr olunmuş beynəlxalq konfransda AMEA-nın prezidenti Mahmud Kərimov deyib.

O deyib ki, Türkiyədən yeni gətirilmiş əlyazmalar üzərində tədqiqatlara başlanılıb. Kərimov bu tədqiqatları olduqca vacib sayıb.

AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru Akif Hacıyev isə deyib ki, 1201-ci ildə anadan olan Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanıb.

Tusinin təşəbbüsü ilə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağada rəsədxana inşa olunub. Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərib. Tusi 15 il rəsədxanaya rəhbərlik edib.

Nəsirəddin Tusi 1274-cü ildə dünyasını dəyişib və Bağdadda dəfn edilib. XIV əsrdə Nəsirəddinin nəvə-nəticələri Marağadan Ordubada köçüblər. Səfəvilər dövründə onlar bir sıra dövlət vəzifələrində çalışıblar.

Beynəlxalq konfrans iyunun 18-də yekunlaşacaq. Konfransda dünyanın 12 ölkəsindən 30 nümayəndə iştirak edir.

Xəbər lenti

Xəbər lenti