Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir T.Hacıyev/
Yeni Azərbaycan Partiyası "Silahlı Qüvvələrə Yardım Fondu"na dəstək məqsədilə bu gün xeyriyyə konserti keçirib.
Trend-in məlumatına görə, konsertdə YAP üzvü olan tanınmış sənətçilərdən xalq artisti Faiq Ağayev, Elza Seyidcahan, Ədalət Şükürov, Nadir Qafarzadə, Aygün Bəylər, Nura Suri, Maestro Ceyhun, Elton Hüseynəliyev, Elnur Hüseynov, Sevda Yəhyayeva, Samir Dərgah və digərləri çıxış ediblər.
Tədbirə Milli Məclisin deputatları, tanınmış ictimai-siyasi xadimlər, KİV nümayəndələri də qatılıblar.
Konsertin gedişində elan olunub ki, Silahlı Qüvvələrə Yardım Fonduna 25 min manatdan artıq vəsait toplanıb.