...

"Dövlət qulluğu haqqında" qanunun tətbiqi ilə bağlı mexanizm hazırlanacaq - səhiyyə naziri

Cəmiyyət Materials 17 İyun 2011 10:48 (UTC +04:00)
"Dövlət qulluğu haqqında" qanunun tətbiqi ilə bağlı mexanizm hazırlanacaq. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqray Şirəliyev deyib.
"Dövlət qulluğu haqqında" qanunun tətbiqi ilə bağlı mexanizm hazırlanacaq - səhiyyə naziri

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İsabalayeva/

"Dövlət qulluğu haqqında" qanunun tətbiqi ilə bağlı mexanizm hazırlanacaq. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.

"Mexanizm yaxın zamanlarda hazırlanacaq. Səhiyyə sahəsində yaşı 65-dən yuxarı olan mütəxəssislər var. Onların arasında yüksək təcrübəli kadrlar var və yaxşı çalışırlar. Həmin şəxslərə öz fəaliyyətlərini davam etdirməyə imkan veriləcək. Səhiyyə sahəsində 65 yaşlı tibb elmləri namizədi və doktoru olan mürəxəssislər də az deyil. Onlara da əlavə təqaüdlər veriləcək", - nazir qeyd edib.

Şirəliyev bildirib ki, qanunun icrası ilə bağlı Səhiyyə, Təhsil və Ədliyyə nazirlikləri tərəfindən müəyyən sənədlər hazırlanmalı və sərəncamlar verilməlidir.

Nazir əlavə edib ki, mərhələli şəkildə səhiyyə işçilərinə də dövlət qulluqçusu statusu veriləcək.

Xəbər lenti

Xəbər lenti