...

Bakıda "Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri" adlı beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 9 İyul 2011 13:22 (UTC +04:00)
İyulun 11-də Bakıda "Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri" adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Bakıda "Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri" adlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İsabalayeva/

İyulun 11-də Bakıda "Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri" adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakını təmin etmək, habelə ölkəmizdə mədəniyyət təzahürlərinin təhlilinə həsr olunmuş tədqiqatları dəstəkləməkdir.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən keçiriləcək konfransda Rusiya, Ukrayna, Belarus və Litva kimi ölkələrin tanınmış elmi qurumları və müvafiq ali məktəbləri təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti