...

Azərbaycan şahmatçıları ermənilərin vaxtından əvvəl çempion olmasına imkan vermədi (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 25 İyul 2011 17:23 (UTC +04:00)
Bu gün Çinin Ninbo şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatında VIII turun oyunları keçirilir.
Azərbaycan şahmatçıları ermənilərin vaxtından əvvəl çempion olmasına imkan vermədi (ƏLAVƏ OLUNUB-2)

4-cü abzasdan sonra əlavə olunub (ilk xəbər saat 15:47-də yayılıb)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Bu gün Çinin Ninbo şəhərində təşkil olunan şahmat üzrə dünya çempionatında VIII turun oyunları keçirilir.

Trend-in məlumatına görə, yarışın son turlarında qələbə qazana bilməyən Azərbaycan milli komandası lider Ermənistan yığması ilə qarşılaşıb.

Bu tura qədər Ermənistan birinci, Azərbaycan isə yeddinci yerdə qərarlaşmışdı.

Artıq Azərbaycan yığmasından Teymur Rəcəbov (2744) və Vüqar Həşimov (2760) müvafiq olaraq Levon Aronyan (2805) və Sergey Movsesyanla (2700) heç-heçə edib.

Şəhriyar Məmmədyarov (2765) Ermənistan təmsilçisi Qabriel Sarkisyanı (2663) 1:0 hesabı ilə məğlub edib.

Yığmamızın digər üzvü Rauf Məmmədov (2679) isə Vladimir Akopyana (2667) qalib gələ bilməyib (0:1).

Bununla da Azərbaycan təmsilçiləri ermənilərin vaxtından əvvəl çempion olmasına imkan vermədi.

Xəbər lenti

Xəbər lenti