...

Bu il Azərbaycanda iki sutkaya qədər meteoroloji proqnozlar özünü 95 faiz doğruldub

Cəmiyyət Materials 28 İyul 2011 11:02 (UTC +04:00)
Bu ilin ilk 6 ayı ərzində respublika ərazisi üçün tərtib olunmuş yarımsutkalıq, sutkalıq və ikisutkalıq meteoroloji proqnozlar özünü 89-95 faiz doğruldub.
Bu il Azərbaycanda iki sutkaya qədər meteoroloji proqnozlar özünü 95 faiz doğruldub

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir İ.İsabalayeva/

Bu ilin ilk 6 ayı ərzində respublika ərazisi üçün tərtib olunmuş yarımsutkalıq, sutkalıq və ikisutkalıq meteoroloji proqnozlar özünü 89-95 faiz doğruldub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu ilin ilk 6 ayında havanın çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində, atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində, səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 4 sututarı, 1 liman, 10 göl) aparılıb.

Xəzər dənizinin Azərbaycan sektorunda və onun şimaldan-cənubadək sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə 533 (90-ı dənizdə olmaqla) monitorinq keçirilib, axarlardan götürülmüş 1542 su, qrunt, qazma məhlulu və şlam nümunələri üzərində mütəmadi olaraq fiziki-kimyəvi, kimyəvi, bioloji, ekotoksikoloji və mikrobioloji tədqiqatlar aparılıb.

Ötən illərdə olduğu kimi cari ilin 6 ayı ərzində də yay mövsümü ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə çimərlik və ona yaxın ərazilərdə keçirilən monitorinqlər zamanı modul tipli çirkab sutəmizləyici qurğuların quraşdırıldığı ərazilərdə mikrobioloji baxımdan çirklənmənin qarşısının alındığı müşahidə edilib.

Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatıb.

Xəbər lenti

Xəbər lenti