Azərbaycan, Bakı, 9 avqust /Trend/
Türkiyənin Van şəhərində yerləşən Akdamar kilsəsində ermənilərin dini ayinləri icra etməsi üçün hazırlıq keçirilir. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.
Qəzetin yazdığına görə, ermənilər burada dini ayinləri sentyabrın 11-dən sonra icra edəcəklər.