...

Yekaterinburqda Azərbaycan dili tədris edilən məktəbin yaradılması planlaşdırılır

Cəmiyyət Materials 11 Avqust 2011 17:29 (UTC +04:00)
Yekaterinburqda Azərbaycan dili tədris edilən, Azərbaycan tarixi və mədəni irsi öyrədilən məktəbin yaradılması planlaşdırılır.
Yekaterinburqda Azərbaycan dili tədris edilən məktəbin yaradılması planlaşdırılır

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Yekaterinburqda Azərbaycan dili tədris edilən, Azərbaycan tarixi və mədəni irsi öyrədilən məktəbin yaradılması planlaşdırılır. Bu barədə cümə axşamı Sverdlovskın qubernatoru Aleksandr Mişarinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşündə bildirilib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

Mişarinin fikrincə, humanitar və mədəni əməkdaşlığın inkişafına kömək edən əlamətdar hadisə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın Sverdlovsk vilayətinə səfəri olub. Qubernator ümid etdiyini bildirib ki, fondun vəsaitləri hesabına Yekaterinburqun 108 saylı gimnaziyasının yenidənqurma və yenidən təchiz edilməsi layihəsi uğurla həyata keçiriləcək. Gimnaziyanın bazasında Azərbaycan dili tədris edilən, Azərbaycan tarixi və mədəni irsi öyrədilən xüsusi məktəbin yaradılması planlaşdırılır.

Azərbaycanın Sverdlovsk vilayətindəki diasporunun 35 üzvü var.

Xəbər lenti

Xəbər lenti