...

Azərbaycan gimnastı Çində keçirilən Universiadanın gümüş mükafatçısı olub

Cəmiyyət Materials 22 Avqust 2011 17:09 (UTC +04:00)
Azərbaycan gimnastı Aliyə Qarayeva Çinin Şençjen şəhərində keçirilən Ümumdünya Universiadasında gümüş medal qazanıb.
Azərbaycan gimnastı Çində keçirilən Universiadanın gümüş mükafatçısı olub

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Azərbaycan gimnastı Aliyə Qarayeva Çinin Şençjen şəhərində keçirilən Ümumdünya Universiadasında gümüş medal qazanıb.

Milli komandanın lideri gürzlərlə hərəkətlərin finalında 27,725 bal toplayaraq ikinci yeri tutub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat verib.

Bu növdə Qarayevadan yaxşı yalnız Olimpiya çempionu Yevgeniya Kanayeva çıxış edib. Bürüncü isə ukraynalı Alina Maksimenko qazanıb.

Digər növlərdə Qarayeva iki dəfə fərxi kürsünün bir addımlığında dayanıb (top və lent), eləcə də halqalarla hərəkətlərdə altıncı olub.

Universiadanın ikinci iştirakçısı Anna Qurbanova yalnız bir finala çıxa bilib. Halqalarla hərəkətlər onu yekun protokolda beşinci yerə çıxarıb, çoxnövçülükdə isə 10-cu olub.

Çində keçirilən Universiada ilə paralel olaraq Bolqarıstanda Dünya Kubokunun növbəti mərhələsi keçirilib.

Azərbaycanın qrup komandası ən yaxşı nəticə göstərərək hər iki finalda çıxış etmək hüququ əldə edib. Kollektivimiz beş topla altıncı yeri, 2 halqa/3 lentlə isə yeddinci yeri tutub. Çoxnövçülüyə gəldikdə, qızlar 50.9 bal toplayaraq səkkizinci yeri tutublar.

Xəbər lenti

Xəbər lenti