...

Azərbaycanlı gimnast Berlində iki bürünc medal qazanıb

Cəmiyyət Materials 1 Sentyabr 2011 17:33 (UTC +04:00)
Almaniyanın paytaxtı Berlində bədii gimnastika üzrə Qran-prinin final mərhələsi başa çatıb.
Azərbaycanlı gimnast Berlində iki bürünc medal qazanıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Almaniyanın paytaxtı Berlində bədii gimnastika üzrə Qran-prinin final mərhələsi başa çatıb. Yarışda azərbaycanlı gimnast Aliyə Qarayeva iki bürünc medal qazanıb. Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə o, finalda həlqə ilə hərəkətlərdə uğurla çıxış edərək 28,45 bal toplayıb və Qran-pridəki ilk üçüncü yeri öz aktivinə yazıb. Topla tapşırıqda o, daha 0,1 bal qazansa da, burada da üçüncü yerlə kifayətlənməli olub.

Qarayeva gürz və iplər üzrə finalda müvafiq olaraq 4-cü və 8-ci olub, çoxnövçülükdə isə 6-cı nəticəni göstərib.

Digər azərbaycanlı gimnast Anna Qurbanova kvalifikasiyada 17-ci yeri tutaraq finala çıxa bilməyib.

Mülayim iqlimli Berlindəki Qran-pri finalı ilə paralel olaraq isti Təl-Əvivdə Dünya Kubokunun növbəti mərhələsi keçirilib. Orada iştirak edən ölkənin qrup komandası beş topla oyunda ən yaxşı nəticə göstərərək 10-cu yeri tutub. Lakin kollektiv finala çıxa bilməyib. Odur ki, Daşkənddə sentyabrın 5-7-də keçiriləcək Dünya Kuboku mərhələsində hadisələrin uğurlu gedişinə ümid etmək qalır.

Baltikyanı iri Yurmala kurortunda keçirilən yeniyetmələr arasındakı beynəlxalq turnirdən də daha bir xəbər gəlib. Bu şəhər həm də gənclərin mahnı müsabiqəsinin keçirildiyi yer kimi tanınır.

Azərbaycan gimnastları üçün müsabiqə uğurlu keçib - üç qızıl və iki bürünc medal. 10 yaşlı Leyla İbrahimova gürz və həlqə ilə tapşırığın qalibi, Ləman Dadaşlı (1998-ci il təvəllüdlü) isə iplə oyunda birinci, eləcə də top və gürzlə üçüncü olub.

Xəbər lenti

Xəbər lenti