...

Bayıldakı sürüşmə zonasında aparılan elmi-tədiqat işlərinin nəticələri açıqlanıb

Cəmiyyət Materials 8 Sentyabr 2011 10:44 (UTC +04:00)
Hazırda Bakının Bayıl qəsəbəsində sürüşmə prosesi dayanıb, ərazidə təhlükəli vəziyyət yoxdur. Bunu cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, Bayıl yamacındakı sürüşmə ilə bağlı yaradılan komissiyanın üzvü Qurban Yetirmişli deyib.
Bayıldakı sürüşmə zonasında aparılan elmi-tədiqat işlərinin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Bakının Bayıl qəsəbəsində sürüşmə prosesi dayanıb, ərazidə təhlükəli vəziyyət yoxdur. Bunu cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, Bayıl yamacındakı sürüşmə ilə bağlı yaradılan komissiyanın üzvü Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bu, ərazidə aparılan elmi-tədqiqat işlərinin nəticəsində məlum olub.

Mərkəz elmi-tədqiqat işlərinin yekunu ilə bağlı hesabatı artıq bu gün Nazilər Kabinetinə təqdim edəcək.

Yetirmişli hazırda ərazidə seysmoloji baxımdan da vəziyyətin sakit olduğunu söyləyib. O bildirib ki, sürüşmə baş verdikdən sonra Bayıl yamacına yaxın ərazilərdə yerləşən zəlzələ ocaqlarından heç birində təkan qeydə alınmayıb.

"Hazırda seysmoloji baxımdan ərazidə tam sakitlikdir. Əlbəttə, orada təkan olsaydı, bu, belə bir kritik vəziyyətdə sürüşməyə mənfi təsir göstərərdi", - komissiya üzvü deyib.

Yetirmişlli son günlər yağan yağışların da sürüşmə sonasına mənfi təsir göstərmədiyini bildirib.

"Vəziyyət gündəlik müşahidə olunur. Hazırda vəziyyət təhlükəli deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ərazidə mayaklar qoyub, heç bir yeni çatlar yoxdur. Sürüşmə baş verən ilk gündən sonra ərazidə nəzərəçarpacaq elə qorxulu hərəkət qeydə alınmayıb", - Mərkəz rəhbəri əlavə edib.

Onun sözlərinə görə, sürüşmə baş verən ilk gündən ərazidəki catlar doldurulur, yağış suyunun axıb getməsi üçün kanallar açılır. Tədbirlər görülməsəydi, sürüşmə davam edə bilərdi.

Yetirmişli əlavə edib ki, sürüşmə zonasında bundan sonra hansı tədbirlərin görüləcəyi müvafiq qurumlar tərəfindən bütün hesabatlar təqdim edildikdən sonra Baş nazirin müavini Abid Şərifovun rəhbərlik etdiyi komissiyada müzakirə ediləcək.

"Elmi-tədqiqat işləri zamanı sürüşmə zonasındakı vəziyyət aydınlaşdırılıb. Tədqiqatlar zamanı sürüşmənin hansı məsafədə, hansı ölçüdə, hansı dərinlikdə, harada qırılmalar, pozulmalar olduğu öyrənilir. Sürüşmənin qarşısını almaq üçün hansısa formada tədbirlər görmək bizim işimiz deyil. Bundan sonra layihəçilər bunun üzərində işləməlidir ki, bu prosesi dayandırsınlar. Bütün hesabatlar təqdim edildikdən sonra Baş nazirin müavini Abid Şərifovun rəhbərlik etdiyi komissiya ərazidə hansı tədbirlərin görülməsinin vacibliyi və bununla bağlı təkliflərini müzakirə edəcək", -Yetirmişli qeyd edib.

Bayıl yamacında son sürüşmə avqustun 18-də qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti