...

Almaniya azərbaycanlılarının ali təhsil almaq məsələsi müzakirə olunub

Cəmiyyət Materials 14 Sentyabr 2011 16:33 (UTC +04:00)
Almaniya azərbaycanlılarının ali təhsil almaq məsələsi müzakirə olunub.
Almaniya azərbaycanlılarının ali təhsil almaq məsələsi müzakirə olunub

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir T.Hacıyev/

Almaniya azərbaycanlılarının ali təhsil almaq məsələsi müzakirə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 13-də Saxhsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Millnitts Niftəliyev Almaniya Qızıl Aypara Cəmiyyətinin Yerixover land regional təşkilatının sədri xanım Jana Linzenburqla görüşüb.

Görüşdə Maqdeburq şəhərində və şəhər ətrafında yaşayan, orta məktəbi kafi qiymətlərlə bitirən azərbaycanlı şagirdlərə ali məktəbə hazırlıq kurslarının keçirilməsi məsələsi müzakirə olunub. Linzenburq belə bir köməyin göstərilməsinin mümkünlüyünü qeyd edib və sentyabrın 19-da onun azərbaycanlı şagirdlərlə birinci görüşü təyin edilib.

Azərbaycanlıların Saxhsen-Anhalt ali məktəblərində təhsil alaraq peşəyə sahib olmaq istəklərini yüksək dəyərləndirən Linzenburq bunun üçün kömək göstərəcəyini vəd edib.

Daha sonra Yaşar Millnitts Niftəliyev Azərbaycana dair ətraflı məlumat verib və xanım Linzenburqa 2009-cu ildə Dr. Koster tərəfindən çap olunmuş Dağlıq Qarabağa aid kitabı təqdim edib. Linzenburq görüşdən məmnun qaldığını qeyd edib və Almaniya təşkilatlarının Saxhsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti ilə əməkdaşlığını yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti