...

Azərbaycanda bələdiyyələrin fəaliyyətinin araşdırılması üzrə nəticələr əhaliyə elan olunacaq

Cəmiyyət Materials 19 Sentyabr 2011 16:16 (UTC +04:00)
Bələdiyyələrin fəaliyyətinin inzibati nəzarət qaydasında araşdırılması üzrə nəticələr bələdiyyə tərəfindən əhaliyə elan olunacaq.
Azərbaycanda bələdiyyələrin fəaliyyətinin araşdırılması üzrə nəticələr əhaliyə elan olunacaq

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bələdiyyələrin fəaliyyətinin inzibati nəzarət qaydasında araşdırılması üzrə nəticələr bələdiyyə tərəfindən əhaliyə elan olunacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanuna bununla bağlı əlavə və dəyişikliklər təklif olunub.

Layihədə qeyd olunur ki, araşdırmanın nəticələri bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməlidir.

Təkliflərdən biri də inzibati nəzarət icraatının müddətinin uzadılması ilə bağlıdır.

Belə ki, inzibati nəzarəti həyata keçirən orqan müraciətə daxil olduğu andan 15 gün, əlavə araşdırmalar tələb olunarsa, 30 gün müddətində baxır.

İnzibati nəzarət icraatı üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün qeyd olunan müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati nəzarət icraatının müddəti inzibati nəzarəti həyata keçirən orqan tərəfindən 30 gün müddətinə uzadıla bilər.

Layihədə qeyd olunur ki, inzibati nəzarət icraatının müddəti 90 gündən artıq ola bilməz.

İnzibati nəzarəti həyata keçirən orqan tərəfindən müddətin uzadılması ilə bağlı ərizəçiyə 3 gün müddətində məlumat verilməlidir.

Müddətin uzadılmasına səbəb olan hallar inzibati nəzarəti həyata keçirən orqan tərəfindən əsaslandırılmalıdır.

"Bələdiyyə qulluğu haqqında" qanuna da dəyişikliklər edilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti