...

Azərbaycanda iki təhsil müəssisəsinin lisenziyasının müddətinin uzadılması məsələsinə baxılacaq

Cəmiyyət Materials 28 Sentyabr 2011 14:31 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi 2011-2012-ci tədris ilində iki təhsil müəssisəsinin lisenziyasının müddətinin uzadılması məsələsinə baxacaq. Bu barədə Trend-ə çərşənbə günü nazirlikdən məlumat verilib.
Azərbaycanda iki təhsil müəssisəsinin lisenziyasının müddətinin uzadılması məsələsinə baxılacaq

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2011-2012-ci tədris ilində iki təhsil müəssisəsinin lisenziyasının müddətinin uzadılması məsələsinə baxacaq. Bu barədə Trend-ə çərşənbə günü nazirlikdən məlumat verilib.

Nazirlikdən bildirilib ki, həmin təhsil müəssisələrindən biri tam orta məktəb olan Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, digəri isə Bakı Qızlar Universitetidir.

Bu il artıq Qərb Universiteti və onun nəzdindəki tam orta məktəbin lisenziyasının müddəti uzadılıb.

Ötən il isə üç özəl ali təhsil müəssisəsinin - Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Bakı Biznes Universitetinin, Odlar Yurdu Universitetinin nəzdində Tam orta innovasiyalar məktəbi, Xəzər Universitetinin nəzdində "Dünya" tam orta məktəbinin lisenziyasının müddətinin uzadılması barədə qərar qəbul edilib.

Lisenziya müddəti bitən təhsil müəssisələri onun yenidən uzadılması üçün nazirliyə müraciət etməlidirlər.

Hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir, onlardan 15-i özəldir.

Azərbaycanda təqribən 4500 orta məktəb var. Onun 10-dan çoxu özəldir.

Xəbər lenti

Xəbər lenti