...

Allahşükür Paşazadə İranda Fələstin xalq hərəkatının müdafiəsinə dair konfransda iştirak edəcək

Cəmiyyət Materials 30 Sentyabr 2011 13:02 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 30-da İran İslam Respublikasına yola düşür
Allahşükür Paşazadə İranda Fələstin xalq hərəkatının müdafiəsinə dair konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 30-da İran İslam Respublikasına yola düşür.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadşova cümə günü Trend-ə bildirib ki, səfərdə məqsəd 1-2 oktyabr tarixlərində Tehranda keçiriləcək "Fələstin xalq hərəkatının müdafiə olunması" mövzusunda beşinci iclasın işində iştirak etməkdir.

Səfər İran İslam Respublikası Parlamentinin sədri Əli Laricaninin şəxsi dəvəti ilə həyata keçirilir. Paşazadə iclasda məruzə ilə çıxış edəcək. Öz məruzəsində QMİ sədri Fələstin xalqının haqlı mübarizəsinə Azərbaycan dövlətinin dəstəyini, bu sahədə atdığı əməli addımları xüsusi vurğulayacaq, müsəlman həmrəyliyinin bu problemin həllində böyük önəm kəsb etdiyindən, habelə Qarabağ probleminin həlli yönümündə İslami birlik amilinin olduqca vacib rolundan bəhs edəcək.

Səfər müddətində QMİ sədri Şeyxülislam A. Paşazadənin İran dövlətinin rəhbərliyi və rəsmi şəxsləri ilə yüksək səviyyədə görüşləri nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti