...

Sabahdan Bakıda havanın temperaturu yüksələcək

Cəmiyyət Materials 4 Oktyabr 2011 12:32 (UTC +04:00)
Sabahdan Bakıda havanın temperaturu daha da yüksələcək
Sabahdan Bakıda havanın temperaturu yüksələcək

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir M.Əliyev/

Sabahdan Bakıda havanın temperaturu yüksələcək.

Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Məlumatda bildirilir ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin üstünlük təşkil edəcəyi, temperaturun ötən günlə müqayisədə tədricən yüksələcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti