...

Mədəni diplomatiya bütün ziddiyyətlərin aradan qaldırılmasına kömək edə bilər - Rumıniyanın eks-prezidenti

Cəmiyyət Materials 10 Oktyabr 2011 14:21 (UTC +04:00)
Mədəni irs daima predmetlərin müzakirəsi üçün mürəkkəb olub. Lakin məhz dialoq bütün mümkün problem və ziddiyyətlərin həlli üçün əsas vasitə olub.
Mədəni diplomatiya bütün ziddiyyətlərin aradan qaldırılmasına kömək edə bilər - Rumıniyanın eks-prezidenti

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir S.Ağayeva/

Mədəni irs daima predmetlərin müzakirəsi üçün mürəkkəb olub. Lakin məhz dialoq bütün mümkün problem və ziddiyyətlərin həlli üçün əsas vasitə olub. Trend-in məlumatına görə, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku belə hesab edir.

"Biz müxtəlif mədəniyyətlərin sıx qarşılıqlı əlaqədə olduğu ünsiyyət üçün açıq olan cəmiyyətdə yaşayırıq. Biz məhz mədəni diplomatiya vasitəsilə bütün maneələrin öhdəsindən gələ və daha böyük şeylərə ümid edə bilərik", - bazar ertəsi Rumıniyanın üçüncü prezidenti Bakıda açılan "XXI əsr: ümidlər və çağırışlar" Beynəlxalq Humanitar Forumunda deyib.

Konstantineskunun fikrincə, dünyada "insan sifətli kapitalizm" qurmağın vaxtı çatıb.

Xəbər lenti

Xəbər lenti