...

Binəqədi rayonunun sabiq hərbi komissarının şikayəti təmin olunmayıb

Cəmiyyət Materials 13 Oktyabr 2011 10:19 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsi Binəqədi rayonunun sabiq hərbi komissarının şikayətini təmin etməyib.
Binəqədi rayonunun sabiq hərbi komissarının şikayəti təmin olunmayıb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Apelyasiya Məhkəməsi Binəqədi rayonunun sabiq hərbi komissarının şikayətini təmin etməyib.

Məhkəmədən cümə axşamı Trend-ə verilən məlumata görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda sabiq hərbi komissar Feyzi Ağabəyovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə Bakı Hərbi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Ağabəyovun barəsindəki həbs müddəti bir neçə gün öncə məhkəmənin qərarı ilə daha 2 ay müddətinə uzadılmışdı.

Ağabəyov rüşvət alma və hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə, hakimiyyət həddini aşma cinayətlərində ittiham olunub.

Ağabəyov bu ilin aprelində həbs olunub. O, bundan əvvəl Masallı rayonunda hərbi komissar kimi çalışıb.

Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən, qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması müəyyən edilib.

Bu faktlarla bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində CM-nin 311.1 (rüşvət alma (passiv rüşvətxorluq), 313 (vəzifə saxtakarlığı), 341.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə cinayət işləri başlanıb.

Xəbər lenti

Xəbər lenti