Moskvada Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır (FOTO)

Moskvada Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır (FOTO)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. Bu barədə AzərTAc dövlət xəbər agentliyi məlumat yayıb.

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə MDB ölkələrində yaradılmış ilk mədəniyyət mərkəzidir.

Kitabxananın direktorunun beynəlxalq əlaqələr üzrə müavini Svetlana Qoroxova Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını çox mühüm və əlamətdar hadisə adlandırmışdır. O demişdir: "Bu gün biz Moskvada Azərbaycan Mədəniyyət Mərkəzi açırıq.

Bu, təkcə Moskva üçün deyil, bütün Rusiya üçün mühüm hadisədir. Bu hadisənin unikallığı həm də ondan ibarətdir ki, bu, Xarici Ədəbiyyat Kitabxanasında ilk mədəniyyət mərkəzidir.

Bu, MDB üzvü olan ölkənin - Azərbaycanın ilk mədəniyyət mərkəzidir. Azərbaycanla bizi çox qədim və uzunmüddətli mədəni əlaqələr bağlayır, mədəni mübadilə sahəsində bizim indiki münasibətlərimiz əladır, gələcək münasibətlərimiz isə daha parlaq olacaqdır. Bu mərkəzin yaradılması ideyası Azərbaycanın Rusiyadakı səfirinə və bizim direktor Yekaterina Qeniyevaya məxsusdur. Belə bir müştərək layihə onların təklifidir. Heydər Əliyev Fondu bu təklifi bəyənmiş və dəstələmiş, nəticədə mərkəzin yaradılması reallığa çevrilmişdir".

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasiminə toplaşanları salamlayaraq, bu layihənin həyata keçirilməsinə göstərilən dəstək üçün kitabxananın rəhbərliyinə təşəkkür etmişdir. L.Əliyeva demişdir: "Rəmzi haldır ki, Azərbaycan Mədəniyyət Mərkəzi məhz Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü bayram edilən günlərdə açılır.

1991-ci il oktyabrın 18-də dünya xəritəsində yeni suveren dövlət yarandı. Mən sizin hamınızı bu bayram münasibətilə təbrik etmək istərdim. Bu 20 ildə Azərbaycan sürətlə inkişaf etmiş və çiçəklənmişdir. Bu gün biz mədəniyyətlərimizin, xalqlarımızın yaxşılaşması istiqamətində daha bir addım atırıq. Ümid edirəm ki, bu mərkəz yaşından, milliyyətindən asılı olmayaraq bizim ölkəmizin zəngin mədəniyyəti və qədim tarixi ilə daha yaxından tanış olmaq istəyənlərin hamısı üçün maraqlı olacaqdır. Biz bu mərkəzdə Azərbaycan haqqında kitablar, filmlər, disklər, hər cür informasiya toplamışıq, burada Azərbaycanın böyük yazıçı, şair, rəssam və bəstəkarlarının yaradıcılığı ilə tanış olmaq, ölkəmizin təbiətinin gözəlliklərini, Bakı şəhərinin nadir memarlığını görmək mümkündür. Biz burada yaradıcılıq axşamları, sərgilər, seminarlar maraqlı və məşhur azərbaycanlılarla görüşlər keçirməyi planlaşdırırıq. Əlbəttə, burada Azərbaycan dili, tarixi və ədəbiyyatı dərsləri də keçəcəyik. Bu dərsləri Azərbaycan dilinin daşıyıcıları olan, Bakıdan dəvət edilmiş müəllimlər keçəcəklər. Mən ürəkdən inanıram ki, qonaqlarımızın sayı günbəgün artacaq və bizim qapılar həmişə hamının üzünə açıq olacaqdır".

Leyla Əliyeva daha sonra bildirmişdir ki, elə həmin gün kitabxananın foyesində Azərbaycanın və Rusiyanın Əməkdar Rəssamı, Beynəlxalq Sülh Səfiri diplomuna layiq görülmüş Əşrəf Heybətovun "Bakı və bakılılar. 30 ildən sonra" adlı sərgisi açılmışdır. L.Əliyeva sərginin bir həftə fəaliyyət göstərəcəyini vurğulamış və ümid etdiyini bildirmişdir ki, moskvalıların çoxu həmin sərgiyə baxacaqlar.

L.Əliyeva çıxışının sonunda tədbir iştirakçılarına bir daha təşəkkür etmiş, Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivinə müvəffəqiyyətlər və uğurlu iş arzulamışdır.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını rəmzi və əlamətdar hadisə adlandırmışdır, çünki bu günlərdə Azərbaycan öz müstəqilliyinin 20-ci ildönümünü qeyd edir. Səfir demişdir ki, bu 20 ildə çox iş görülmüşdür, Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir. P.Bülbüloğlu oktyabrın 10-11-də Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunun böyük əhəmiyyətini də vurğulayaraq bildirmişdir ki, dünyanın hər yerindən bu foruma gəlmiş adlı-sanlı qonaqlar və iştirakçılar qlobal problemləri müzakirə etmişlər. Diplomat mədəniyyət mərkəzinin açılmasından söhbət açaraq demişdir: "Biz çox fəxr edirik ki, Azərbaycan bu məşhur kitab məbədində özünü birinci olaraq xatırlatmışdır. Bu mərkəzin sayəsində təkcə Rusiyanın və Azərbaycanın sahəvi mütəxəssisləri arasında deyil, iki ölkənin mədəni ictimaiyyəti arasında əlaqələr inkişaf edəcəkdir".

Azərbaycanın Əməkdar rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətov onun sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya səmimi minnətdarlığını bildirmişdir. O, üzərində Leyli və Məcnunun rəsmi şəkilmiş keramik vazanı kitabxanaya, Nizami Gəncəvinin şəkli toxunmuş Azərbaycan xalçasını isə mərkəzin özünə hədiyyə etmişdir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya səmimi təşəkkürünü bildirmişdir. O demişdir: "Olduqca əlamətdar haldır ki, mərkəzin açılışı və Azərbaycan rəssamının sərgisinin açılışı - hər iki layihə Heydər Əliyev Fondu tərəfindən məhz burada, dünya mədəniyyət ocağında həyata keçirilir. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etməsi onu göstərir ki, biz bu işdə marağı olan bütün tərəflərlə əməkdaşlıq etməyə və qarşılıqlı əlaqə saxlamağa hazırıq. Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması ideyasını ilk günlərdən səmimi dəstəklədiyinə görə kitabxananın rəhbərliyinə də dərin təşəkkürümü bildirirəm".

Təntənəli mərasimdən sonra tədbir iştirakçıları rəssam Ə.Heybətovun sərgisi ilə tanış olmuş, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi tərəfindən təqdim edilmiş müasir texnika, Azərbaycan kitabları, suvenirlər və xalçalar ilə təchiz olunmuş mərkəzə tamaşa etmişlər.

Açılış mərasimində Arzu Əliyeva, ABŞ, Fransa, Bolqarıstan, Niderland, Yaponiya, Latın Amerikası ölkələrinin mədəniyyət mərkəzlərinin, Avropa Şurasının informasiya ofisinin, gənclərin və Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri iştirak etmişlər.

Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Loading Bars
Xəbər lenti
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bakıda restorana gedən koronavirus xəstəsi saxlanıldı
Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
“Naxçıvan şəhidləri” kitabının təqdimatı olub (FOTO/VİDEO)
Xızı və Şabranda COVİD-19-a qarşı tədbirlər gücləndirilib (FOTO)
Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub (FOTO)
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb (FOTO)
Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur - Mərkəzi Bank
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
Ötən gün toylarda 13 nəfər cərimələnib (FOTO/VİDEO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Karantini pozan restoran dörd min manat cərimələndi
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
ƏƏSMN vətəndaş müraciətlərinin sayını açıqlayıb
9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Bu il baş verən təbii hadisələrdə 2 nəfər ölüb
Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb
Qonaq getmək istəyən koronavirus xəstəsi yolda saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Hindistanda qar uçqununda 11 nəfər həlak olub
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Meksika Milli Tarix və Coğrafiya Akademiyasında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr edilmiş təqdimat olub (FOTO)
Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" respublika müsabiqəsinə yekun vurulub (FOTO)
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib
NASA gələn il Aya ilk uçuşu planlaşdırır
Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq
Facebook-un mümkün yeni adı məlum oldu
Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb
Türkiyədə son sutkada koronavirusdan 30 302 nəfər sağalıb
Pakistanın şimal-şərqində iğtişaşlar zamanı üç polis əməkdaşı ölüb
Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
Gəncə sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr
"Apple" ardıcıl doqquz ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Xalq artisti Canəli Əkbərov vəfat edib
ABŞ-da Əfqanıstanlı qaçqınlara yardım üçün 976 milyon dollara qədər vəsait ayrılacaq
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
DGK sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə
Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
Ağdam sakini bıçaqlanıb
Şərqşünaslıq İnstitutunun əməkdaşı Liviyada beynəlxalq konfransda çıxış edib (FOTO)
Azərbaycanda bankların cəmi aktivləri 34 milyard manatı ötüb
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib (FOTO)
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub
Eldəniz Səlimovun ibtidai istintaqı tamamlanıb, cinayət işi məhkəməyə göndərilib
İsveçdə reper güllələnib
Ələt qəsəbəsində Şəhid İbrahimov Elnurun anım mərasimi keçirilib (FOTO)
Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib (FOTO/VİDEO)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 112 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Moskvada 20-yə yaxın aviareys təxirə salınıb
Oktyabrın 25-nə USD/AZN rəsmi məzənnəsi
Şirvanda "patı" satan şəxs saxlanılıb
Zəngəzur dəhlizi, Moskvada üçtərəfli İşçi Qrupun səkkizinci görüşü - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Şəhid, Vətən Müharibəsi qəhrəmanı polkovnik leytenant Qasımov Ramizin xatirə gecəsi keçirilib
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub (FOTO)
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi (FOTO/VİDEO)
Emin Hacıyev MDB parlamentarilərinə Qarabağın bərpasından danışdı (FOTO)
Azərbaycan-İran sərhədinin azad olunan hissəsində aşkarlanan minaların sayı açıqlanıb (FOTO)
AzMİU-da koronavirusa qarşı təkrar dezinfeksiya işləri aparılıb (FOTO)
Saatlıda Nərimanov kəndi və məcburi köçkün qəsəbəsinin içməli su təchizatı yenilənib (FOTO)
“İnnovasiyalar Mərkəzi” əməkdaşlarının və startapçıların qazilərlə görüşü təşkil olunub (FOTO)
Havanın temperaturu aşağı enəcək, bəzi rayonlara qar yağacaq
Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görüldü
Dövlət qulluğunda 209 vakansiya üzrə müsahibələrin vaxtı müəyyənləşib
AzMİU-nun kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib (FOTO)
İstehlaka yararsız qida məhsulları məhv edilib
Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirib
İqtisadiyyat naziri 7-ci Dünya İnvestisiya Forumunda çıxış edib (FOTO)
Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
Təhsillə bağlı iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub (FOTO)
Abşeronda minik avtomobili yanıb
Şəhid general Polad Həşimov “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülüb (FOTO)
Xırdalanda iki nəfərin öldüyü kütləvi davanın digər iştirakçılarına da hökm oxundu
Bütün xəbərlər